logo
0
0

Haqqımızda

Biz Azərbaycanda rəqəmsal platforma və mobil tətbiq vasitəsilə ehtiyat hissələrinin satışını və nəqliyyat vasitələri üçün analitik məlumatlar bazasını təşkil edən ilk peşəkar şirkətik. Şirkətimiz Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 3 mart 2022-ci il tarixində Startap Şəhadətnaməsi ilə təltif olunmuşdur. Fəaliyyət sahəmizə, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satışı ilə məşğul olan kiçik və orta biznes subyektlərini daxil etmək, avtomobil təmir avto-servislər ilə işğüzar əlaqələr qurmaq və eyni zamanda sürücülərlə əməkdaşlıq mühitini yaratmaq əlavə olunmuşdur.
Bizimlə əlaqə yaratmaq üçün aşağıdakı formadan birbaşa yaza və ya digər əlaqə vasitələrindən istifadə edə bilərsiniz.

Şirkət haqqında

Bizim komandanın artıq 20 ildən çoxdur ki, bu sahədə peşəkar təcrübəsi var. Fəaliyyətimizin ilk dövrlərində müxtəlif növ yük və minik maşınları üçün ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirmişik. Müxtəlif marka və brendlər üzrə ehtiyat hissələri satışını təmin edərək anladıq ki, bu fəaliyyət sahəsini genişləndirmək üçün hökmən müasir dövrün tələblərinə uyğun yeniliklərə keçid etmək lazımdır. Beləliklə 2018-ci ildə komandamızla birlikdə alıcılar və satıcılar üçün daha da rahat bir yol seçərək rəqəmsal layihəyə start verdik. "Otobaza" adlı veb platforma və mobil tətbiqini sizlər üçün hazırladıq.

Layihənin məqsədi

Saytımız və mobil tətbiqimiz həm satıcılara, həm də alıcılara fayda verəcəyini düşünərək bu məhsulu təklif edirik. Otobaza platforması alıcılar və satıcılar arasında üçüncü tərəflərin iştirakı olmadan bazar mühitini yaradır. Bu mühitdə ehtiyat hissələri üzrə Alıcılar üçün real qiymətlərin rahat seçimi, Satıcılar üçün isə müştərilərlə bir başa yaratmaq imkanlarını təmin etmişik.
Otobaza layihəsinin məqsədlərindən biri də Sürücü və E\H satan Satıcılar arasında prosesləri avtomatlaşdırılması və şəfafflığı təmin etməkdir.
Otobaza platforması - Sürücülər üçün ehtiyat hissələrini və aksesuarları satan mağazaları tapmağa imkan yaradır.
Otobaza platforması vasitəsilə Sürücülər E\H sifariş etməklə ünvanda əldə edə bilirlər
Otobaza platforması vasitəsilə Sürücülər E\H axtarış zamanı məsafəyə və ya qiymətə uyğun filtrasiya edə bilirlər.
Otobaza mobil tətbiqində Sürücülərə lazım olan ehtiyat hissələrini bir sıra yollar ilə tapa bilirlər:
  • Elan əlavə etmək ilə (mağazalar tez bir zaman təklif almaq üçün)
  • E\H detalın kodu ilə (istehsalçı tərəfindən təyin edilən unikal kod)
  • Nəqliyyat vasitəsinin VİN kodu ilə axtarış imkanı (unikal kod)
  • Kataloq ilə axtarış imkanı (marka, model, e\h kateqoriya və digər parametrlər üzrə)
Otobaza startup-ı yeni imkanlara, investisiyalara və digər biznes tərəfdaşlığa açıqdır.

Təqdimat

ALICILAR

1.

Qeydiyyat

Şəxsi məlumatları daxil edərək qeydiyyatdan keçib Şəxsi qarajınıza avtomobilnizi əlavə etmək.
2.

Ehtiyat hissəsinin tapılması

Avtomobilinizə lazım olan ehtiyat hissəsinin tapılması və verilmiş olan siyahidaən sizə uyğun qiymət və yaxın məsafəyə görə məhsulun seçilməsi.
3.

Ehtiyat hissəsinin alışı

Seçilmiş olan məhsula daxil olaraq Satıcı ilə bağlı detallı məlumatları əldə edib məhsulun sifarişi (alınması).

SATICILAR

1.

Qeydiyyat

Mağaza məlumatlarını daxil edərək qeydiyyatdan keçib Mağazanın yaradılması.
2.

Ehtiyat hissələrinin yerləşdirilməsi

Ehtiyat hissələri listəsini toplu və ya pərakəndə şəkildə yükləmək üçün nümunə EXCELL dosyası nı yükləyərək içinin doldurularaq sistəmə yüklənməsi.
3.

Ödəniş

Ehtiyat hissəsinin sayına görə lazım olan paketin seçilməsi və klik sayının ödənişinin edilməsi.